İsrail vətəndaşı Allahı məhkəməyə verdi
Bizi izləyin

Dünya

İsrail vətəndaşı Allahı məhkəməyə verdi

İsrail vətəndaşı Hayfa şəhər məhkəməsində Allaha qarşı iddia qaldırıb.

Publika.az xəbər verir ki, bu haqda “The Times of Israel” nəşri yazıb. İsrail vətəndaşının adı açıqlanmır. Amma o, şikayət edib ki, Allah son zamanlar ona qarşı “haqsız” davranır. Ancaq bu “haqsızlığın” nədən ibarət olduğu bildirilmir.

Məhkəmə iclasının protokolunda qeyd olunub ki, məhkəməyə “cavabdeh tərəf” olan Allah gəlməyib.

İsraillinin sözlərinə görə, məhkəmə onun Allahla bağlı olan şikayətlərinə həvəslə reaksiya verməyib. O, üç il ərzində Tanrıya ona yaxınlaşmağı qadağan etməyi tələb edirdi.

Hakim israillinin iddiasını gülünc adlandırıb və bildirib ki, kömək üçün başqasına müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm