• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Obamaya xəbərdarlıq: “Onlar Rusiyanın əlinə keçər!”

  • Dünya
  • 7 May 2016 10:57
  • 1 311 Baxış
Obamaya xəbərdarlıq: “Onlar Rusiyanın əlinə keçər!”

Amerika senatorları qrupu, həmçinin respublikaçı Con Makkeyn ABŞ prezidenti Barak Obamanı Qətər, Küveyt və Bəhreynə silah satışı üzrə sazişləri təsdiq etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yazıb.

Senatorlar xəbərdarlıq edib ki, əks təqdirdə bu bazarlar Rusiyanın əlinə keçə bilər. Obamaya göndərilən məktubda qeyd edilir ki, 60 ədəd F-16, F-15 və F/A-18 qırıcısının satış haqqında qərarın qəbulu xeyli gecikib. Senatorlar iddia edirlər ki, Ağ Ev Yaxın Şərqdə İsrailin hərbi üstünlüyünün itiriləcəyindən qorxsa da, bu iddia əsassızdır.

Məktubun müəllifləri xəbərdarlıq edirlər ki, qərarın qəbulunun ləngiməsi və ya imtina edilməsi ilə potensial alıcılar başqa bazarlarda təyyarə axtarmağa başlayacaqlar. Onların sözlərinə görə, bundan sonra daha heç kim Rusiyanın onlara qırıcıları satmasına mane ola bilməyəcək.

Qeyd edək ki, ABŞ-ın Qətər, Küveyt və Bəhreynlə ümumilikdə 9 milyard dollarlıq silah satışı müqavilələri bağlayıb. “The Wall Street Journal”ın məlumatına görə, müqavilələr Obama tərəfindən təsdiqlənəcəyi halda, Bəhreyn 2 milyard dollara17, Küveyt 3 milyard dollara 24, Qətər isə 4 milyard dollara 36 qırıcı ala bilər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>