“Xaos planı” təxirə salındı – Kremldə gizli toplantı
Bizi izləyin

Dünya

“Xaos planı” təxirə salındı – Kremldə gizli toplantı

Rusiya kuratorları Ukrayna şəhərlərində, xüsusi olaraq Odessada etiraz aksiyaları və təxribatları bir neçə gün təxirə salaraq mayın 2-dən 9-na keçirib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Andrey Parubiy deyib.

Onun sözlərinə görə, Rusiya vəziyyətin gərginləşdirilməsi üçün böyük vəsait ayırıb.

“Məndə informasiya var ki, Rusiyada bununla bağlı yüksək səviyyədə müşavirə keçirilib. Rusiya prezident administrasiyasının başçısı Sergey İvanov güc strukturlarına bildirib ki, Ukraynanın bir çox şəhərlərində, həmçinin Odessada vəziyyətin gərginləşdirilməsi üçün böyük vəsaitlərdən istifadə etsin. Odessada qarşıdurmaların təşkili üçün kiçik Rusiya şəhərinin büdcəsi qədər vəsait ayrılıb”, - Parubiy bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm