Rusiyadan sərt açıqlama: “NATO Cənubi Qafqazda...”
Bizi izləyin

Dünya

Rusiyadan sərt açıqlama: “NATO Cənubi Qafqazda...”

Moskva ABŞ, İngiltərə və Gürcüstan ordu birləşmələrinin gələn həftə Gürcüstanda keçirəcəyi təlimlərə sərt reaksiya verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hərbi təlimləri “təxribat” olaraq xarakterizə edib.

“NATO əsgərlərinin Gürcüstan torpaqlarında yerləşməsini şüurlu şəkildə Cənub Qafqazdakı hərbi və siyasi vəziyyəti mənfi təsir edəcək təhrikedici addım olaraq görürük”, - Rusiya xarici siyasət idarəsinin bəyanatında deyilir.

Nazirlik Vaşinqton və müttəfiqlərin Tiflisin “intiqamçı siyasəti”nə dəstək verdiyini və bununla da Cənubi Qafqazdakı sabitliyin pozulmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, “Noble Partner 2016” adlı birgə hərbi təlimlər 11-24 may tarixlərində Gürcüstanın paytaxtı Tiflisin yaxınlığındakı Vaziani hərbi bazasında keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm