Mursinin 6 silahdaşı edam ediləcək
Bizi izləyin

Dünya

Mursinin 6 silahdaşı edam ediləcək

Qətərə casusluqda ittiham olunan Misirin keçmiş prezidenti Məhəmməd Mursinin məhkəmə prosesi 18 iyun tarixinə təxirə salınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, eyni iddia üzrə mühakimə olunan 10 şübhəlidən 6-sı edam cəzasına məhkum edilib.

Qərar təsdiq olunması üçün müftiliyə göndərilib.

Qeyd edək ki, Məhəmməd Mursi 3 iyul 2013-cü ildəki hərbi çevrilişdən sonra həbs olunub. Mursi 3 ayrı iddia üzrə 20 il həbs, ömürlük cəza və edam cəzalarına məhkum edilib. Casusluq ittihamı üzrə isə məhkəmə prosesi davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm