Tehran şokda: Müxalifət Dəməşqə yaxınlaşır
Bizi izləyin

Dünya

Tehran şokda: Müxalifət Dəməşqə yaxınlaşır

Suriyanın Hələb şəhərinə planlaşdırılan hücum üçün xüsusi təyinatlı qüvvələrini şəhərin cənubunda yerləşdirən İran Han Tuman bölgəsinin itirilməsindən sonra həyacan təbili çalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi səlahiyyətlilərlə Dəməşqə gedən İranın dini liderinin beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Əli Əkbər Vilayəti Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Vilayəti İranın bütün vasitələri və imkanlarını Suriya rejiminə dəstək üçün səfərbər etdiyini söyləyib. Onun sözlərinə görə, radikal və ya mötədil olmasından asılı olmayaraq, Dəməşq istiqamətində irəliləyən bütün qüvvələrə qarşı mübarizə aparılacaq.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani Hələbin cənubuna gələrək bölgədəki hərbi qüvvələrə nəzarəti üzərinə götürüb.

Qeyd edək ki, Hələbin cənubundakı Han Tuman diyarında “Fəth Ordusu” liderliyi ilə başlayan əməliyyatda rejim Hələb-Dera yolundan şərqə doğru yeddi bölgəni itirərək geri çəkilib. Halidiyə kəndi, Han Tuman diyarı və Humeyra kimi strateji məntəqələri ələ keçirən “Fəth Ordusu” rejim və dəstəkçilərinə ağır zərbə vurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm