Şimali Koreya atom bombası atacaq
Bizi izləyin

Dünya

Şimali Koreya atom bombası atacaq

Şimali Koreya atom bombasının sınağına hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-da yayımlanan “38 Nors” saytı məlumat yayıb.

Sayt peykdən alınan görüntülərə istinad edərək sürətli hazırlıq işləri getdiyini yazıb. Bomba yerin altında sınaqdan keçiriləcək.

Xəbərdə qeyd olunur ki, sınaq “Punggye-ri” nüvə təsisindən təxminən 6 kilometr uzaqlıqda baş tutacaq. Sınağın dəqiq tarixi deyilməsə də, yaxın günlərdə keçiriləcəyi təxmin edilir.

Xatırladaq ki, Cənubi Koreyanın Prezidenti Pak Kın He Şimali Koreyanın istədiyi an nüvə sınağı keçirəcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm