Kral neft nazirini istefaya göndərdi
Bizi izləyin

Dünya

Kral neft nazirini istefaya göndərdi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Əl Səudun fərmanı ilə ölkənin neft naziri Əli əl-Naimi vəzifəsindən azad edilib. Ölkənin yeni neft naziri eyni fərmanla krallığın səhiyyə naziri vəzifəsindən azad edilən Xalid əl-Falih təyin olunub.

Kralın digər fərmanına görə, neft nazirliyini artıq yeni qurum əvəz edəcək - energetika, sənayə və mineral resurslar nazirliyi. Əl-Falih də elə bu nazirliyə rəhbərlik edəcək. O həmçinin ölkənin ən iri neft şirkətlərindən biri olan "Saudi Aramco" şirkətinin başçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm