Məkkədə terror aktının qarşısı alınıb
Bizi izləyin

Dünya

Məkkədə terror aktının qarşısı alınıb

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları Məkkə şəhəri yaxınlığında yerləşən Ət-Taif rayonunun polis bölməsi qarşısında terror aktının qarşısını alıb. Atışma zamanı bir güc strukturu əməkdaşı ölüb.

Publika.az "Report" istinadən xəbər verir ki, gecə saatlarında iki naməlum şəxs bölmə yaxınlığındakı avtomobil parkına daxil olmağa cəhd göstərib.

"Polisləri görən canilər onlara atəş açıblar, Sonra isə dağ kəndləri istiqamətində maşınla aradan çıxıblar. Orada onları taparaq mühasirəyə almaq mümkün olub. Əməliyyat zamanı kamikadze kəməri və partlayıcı maddələr götürülüb. Atışma zamanı sıravi polis işçisi Səid əl-Harisi ölüb", - deyə Səudiyyə rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm