Dünya
Nazir müavini ailə üzvləri ilə birgə döyüldü
Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Yuliya Klimenko əri və uşaqları ilə birlikdə Kiyev vilayətinin Pereyaslav-Xmelniüki şəhərində döyüldüyünü bildirib.
Publika.az-ın Apa-ya itinadən verdiyi xəbərə görə, Y.Klimenko bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Buna səbəb dayanacaqda avtomobil saxlanılması ilə əlaqədar anlaşılmazlıq olub. “Nissan” markalı bir minik avtomobilinin sürücüsü 15 saniyə avtomobilə siqnal verib, daha sonra avtomobilindən çıxaraq nazir müavininin ailəsinin olduğu avtomobilə yaxınlaşıb. Təhqiramiz sözlər işlədən şəxs nazir müavininin avtomobildə olan böyük oğlunun başına zərbələr endirib. Nazir müavini və əri avtomobildən düşərək nə baş verdiyini aydınlaşdırmağa çalışıblar. Bu zaman “Nissan” markalı avtomobildə olan sərnişin də düşüb və sürücü ilə birlikdə nazir müavini və ailə üzvlərini döyməyə başlayıblar. Ciddi xəsarət alan nazir müavini və ailə üzvləri həkim müayinəsindən keçib, daha sonra 5 saat polis şöbəsində ifadə verib.
Faktla bağlı cinayət işi açılıb.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO