Misirdə 8 polis işçisi qətlə yetirilib
Bizi izləyin

Dünya

Misirdə 8 polis işçisi qətlə yetirilib

İslam Dövləti qrupu ilə əlaqəsi olan terrorçular Qahirə yaxınlığında Helvanda vətəndaş geyimində olan 8 polis işçisinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Misirin MENA xəbər agentliyinin verdiyi məlumata görə, kiçik yük maşınında olan silahlı şəxslər polis işçilərinin maşınına yaxınlaşaraq onlara atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb.

Bu, Qahirədə noyabr ayında yoxlama məntəqəsində İŞİD döyüşçülərinin dörd pols zabitini qətlə yetirməsindən sonra baş vermiş ən qanlı hücumdur.

İnternetdə yerləşdirilmiş bəyanatda İŞİD-lə əlaqəsi olan qrup bazar günü polis zabitlərinin qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürərək, bunun Misirdə qadınların həbs olunmasına cavab olduğunu bildirib. Bəyanatda həmçinin İŞİD üzvlərinin hadisə yerindən qaçmazdan əvvəl polis işçilərinin silahlarını ələ keçirdikləri deyilir.

Misirin Daxili işlər naziri Maqdi Abedl Qaffar qətlə yetirilmiş polis zabitlərini "vətənin və xalqın təhlükəsizliyi naminə həyatlarını qurban vermiş şəhidlər" adlandırıb. Nazir hücumla bağlı əhatəli təhqiqatın aparılmasına çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm