Çeçenistan paytaxtında terror: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Çeçenistan paytaxtında terror: ölən və yaralananlar var

Çeçenistanın paytaxtı Qroznıda terror aktı baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iki silahlı şəxs polis bölməsinə hücum edib. Onlardan birinin özünü partlatması nəticəsində bir polis əməkdaşı həlak olub.

Hadisə şahidlərinin sözlərinə görə, gözlənilməz hücum yerli vaxtla saat 06:30 radələrində baş verib. Şahidlər daha 4 polis əməkdaşının yaralandığını bildiriblər. Polisin açdığı cavab atəşi ilə ikinci silahlı öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm