Turistlərin sayı kəskin azalıb...
Bizi izləyin

Dünya

Turistlərin sayı kəskin azalıb...

Antalya Hava limanı Mülki İdarə Komandirliyinin məlumatlarına görə, şəhərə havayolu ilə gələn turistlərin sayı yanvar- aprel ayları arasında 843 min 517 nəfər təşkil edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Antaliyaya hava yolu ilə gələn turistlərin sayındakı azalma 2015-ci ilə eyni dövrünə nisbətən 30 faiz olub. İlin ilk 4 aylıq rəqəmlərinə görə Antalya Almaniya bazarında 30, Rusiya bazarında isə 90 faiz kiçilmə yaşayıb.

Antalyaya əvvəlki illərdə ən çox turist göndərən ölkələr arasında dövri olaraq Rusiya və Almaniya ilk yerləri bölüşüblər. Hazırda isə Rusiya 23 ölkənin sıralandığı statistikada 13-cü sıraya geriləyib. 2015-ci ilin yanvar-aprel ayında 126 min 690 rus turistinin səfər etdiyi Antalyaya bu ilin eyni dövründə gələn rus turistlərin sayı 12 min 39 nəfər olub. Ötən ilin aprel ayı ərzində gündəlik 3 min rus turistin gəldiyi Antalyaya bu ilin aprelində cəmi 5 min 237 rus turisti səfər edib. 2015-ci ilin aprel ayında Antalya Havalımanından 94 min 415 rus turist Antalyaya daxil olmuşdu. Aprel ayında yaşanan itki 94 faiz təşkil edib.


İlin 4 aylıq dövründə Almaniya Antalyaya ən çox turist göndərən ölkə olub. Ancaq bu bazarda da daralma 2015-ci ilin eyni dövrünə nisbətən 30 faizdir. 2015-ci ilin yanvar-aprel ayında 472 min 124 alman turistin gəldiyi Antalyaya bu il gələn turistlərin sayı 331 min 632 nəfərə geriləyib. Antalyaya ən çox turist göndərən ölkələr arasında itki Niderland bazarı üzrə 4, İngiltərə 15, Belçika 36, Danimarka 15 faiz olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm