Xüsusi təyinatlılar bu bölgəyə hücuma hazırlaşır - FOTO
Bizi izləyin

Dünya

Xüsusi təyinatlılar bu bölgəyə hücuma hazırlaşır - FOTO

Türkiyə xüsusi təyinatlıları rəsmi Ankaranın “qırmızı xətt” elan etdiyi Fərat çayının qərbindəki Cerablus bölgəsinə girməyə hazırlaşır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada İŞİD-in hakim olduğu bölgədən Kilisə atılan raketlərin çoxsaylı vətəndaşın ölümünə səbəb olmasına görə, təhlükəsizlik tədbirləri artırılıb. Bu tədbirlər sırasında xüsusi təyinatlıların sərhədin Suriya tərəfinə keçməsi də daxildir.

Məlumata görə, İŞİD-ə qarşı qurudan keçiriləcək əməliyyata havadan da dəstək veriləcək. Xüsusi təyinatlıların məqsədi İŞİD-i Türkiyə sərhədindən 40-50 kilometr uzaqlaşdırmaqdır. Plana görə, İŞİD çox dirəniş göstərərsə, o zaman, “Uçar Birlik Hərəkatı” adlı əməliyyata başlanacaq. Belə ki, 8 nöqtəyə eyni anda əməliyyat keçiriləcək. İŞİD-dən təmizlənən ərazilərə PYD-nin (PKK-nın Suriya qolu) girməsinə icazə verilməyəcək.

Asif

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm