BMT qaçqın uşaqlarla bağlı çağırış etdi
Bizi izləyin

Dünya

BMT qaçqın uşaqlarla bağlı çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNİCEF) Avropa ölkələrinə valideyn və digər qohumunun müşayiəti olmadan gələn qaçqın və mühacir uşaqların müdafiəsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda beynəlxalq təşkilatın xəbərlər mərkəzi informasiya yayıb.

Məlumata görə, 2015-ci ildə 95 min nəfərə yaxın azyaşlı valideynlərinin müşayiəti olmadan Avropa ölkələrinin sərhədlərini keçib. Hesablamalara görə, Avropaya gələn hər doqquzuncu uşaq itkin düşür. Məsələn, Almaniya mediası ötən il bu ölkədə 5000-ə yaxın uğaşın itkin düşməsi haqda məlumat yayıb. Sloveniyada qəbul mərkəzlərindən müşayiətsiz gələn 80 faizdən çox uşaq yoxa çıxıb. İsveçdə həftədə təxminən 10 uşaq itkin düşür.

Ötən il sərhədləri böyüklərin müşayiəti olmadan keçən uşaqlar Suriya və Əfqanıstandan olan yeniyetmələrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm