Baş nazir Avropa İttifaqından ayrılmağa qarşı çıxdı
Bizi izləyin

Dünya

Baş nazir Avropa İttifaqından ayrılmağa qarşı çıxdı

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmasına qarşı çıxıb.

Publika.az xarici mətbuata istinadən bildirir ki, hökumət başçısı bu barədə fikirlərini paytaxtdakı çıxışında bəyan edib.

Baş nazir qeyd edib ki, dünyada sülh və sabitliyə təminat vermək mümkün deyil. Onun sözlərinə görə, İngiltərənin ittifaqdan ayrılması regionda sülh və sabitliyin təhdid olunması ilə sonuclana bilər. Baş nazirin sözlərinə görə, Avropa İttifqında ayrılmaq ölkənin sadə vətəndaşlarının fəaliyyətinə mənfi təsir edəcək.

Qeyd edək ki, gələn ay Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı da referendum keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm