Bir seçki: prezident, vitse-prezident, senatorlar, 18 min məmur…
Bizi izləyin

Dünya

Bir seçki: prezident, vitse-prezident, senatorlar, 18 min məmur…

Filippində növbəti president seçkilərinə start verilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu gün yerli vaxtla səhər saatlarından etibarən ölkədə prezident. Ölkə seçiciləri həmçinin vitse-prezident, senatorlarla yanaşı, 18 min məmuru da seçəcəklər.

BBC-nin yaydığı məlumata görə, ölkə rəhbəri vəzifəsinə beş nəfər namizədliyini irəli sürüb. Hazırkı dövlət başçısı Beniqno Akino 6 ildir bu vəzifədədir.

Seçkilərlə əlaqədar hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri gücləndirilmiş rejiminə keçiblər. Ancaq buna baxmayaraq, Kavita vilayətində bir qrup silahlı nəqliyyat vasitələrini atəşə tutub. Nəticədə yeddi nəfər həlak olub. Ölənlərin əksəriyyətinin mülki sakin olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm