Afinada ara qarışdı: Xalq islahatlara etiraz edir
Bizi izləyin

Dünya

Afinada ara qarışdı: Xalq islahatlara etiraz edir

Afinada islahatlara qarşı keçirilən etiraz aksiyasında polislə mitinq iştirakçıları arasında toqquşma olub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyaçılar polisi daşa basıb, stul və yandırıcı butulkalar atıblar.

Etirazlara baxmayaraq hökumət vergi və pensiya sistemində islahatlar aparılmasını nəzərə dutan qanun qəbul edib. Baş nazir Alexsis Tsipras ümid edir ki, yeni qanun büynəlxalq kreditçilərlə dil tapmaqda hökumətə gömək edəcək.

Yeni qanunda vergilərin artırılması, pensiyaların isə azaldılması nəzərdə tutulur. Bu, büdcə kəsirinin azalması və Avropa Birliyindən 86 milyard kredit alınmasına kömək etməlidir. Amma tənqidçilər hesab edir ki, bu tənəzzülə aparacaq və 6 ildir ki, hökumətin iqtisadi siyasətindən əziyyət çəkən xalqa növbəti zərbə olacaq.

Aksiyaçlılar etirazların davam etdiriləcəyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm