• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Münhendə “Allahu Əkbər” nidaları – biri öldü, dördü yaralandı

  • Dünya
  • 10 May 2016 12:11
  • 461 Baxış
Münhendə “Allahu Əkbər” nidaları – biri öldü, dördü yaralandı

Almaniyanın Münhen şəhərində naməlum kişi bıçaqla dəmir yolu stansiyasının ərazisində sərnişinlərə hücum edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində beş nəfər yaralanıb.

KİV-in məlumatına görə, zərər çəkənlərdən biri xəstəxanada ölüb. Hələlik bu informasiya rəsmən təsdiq olunmayıb.

Cinayətkar saxlanılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Bavariya radiostansiyası şahidlərə istinadən bildirib ki, hücum edən şəxs “Allahu Əkbər” deyərək qışqırırmış. Polis hazırda bu xəbərləri yoxlayır.

“Biz hələ ki, onun dini ekstremist olduğunu bilmirik”, - Münhen Baş prokurorluğunun rəsmi nümayəndəsi Ken Xaydenrayx deyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>