• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Viktor Yanukoviç Krımın ayrılmasını “faciə” sayır

  • Dünya
  • 3 Aprel 2014 16:41
  • 342 Baxış
Viktor Yanukoviç Krımın ayrılmasını “faciə” sayır

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Krımın Rusiya tərəfindən ilhaqını "faciə" adlandıraraq, Krımın yenidən Ukraynanın nəzarətinə qayıda biləcəyinə ümid etdiyini bildirib.

Publika.Az xəbər verir ki, hazırda Rusiyada olan Viktor Yanukoviç "Associated Press" agentliyi və Rusiyanın NTV telekanalına müsahibəsində deyib ki, o, prezident Putini Krımı Ukraynaya qaytarması üçün dilə tutmağa çalışacaq.Yanukoviçin sözlərinə görə, "Krım faciədir, böyük bir faciədir".

"Biz nəyin bahasına olursa olsun, Krıma qayıtmaq məqsədini irəli sürməliyik, Krım mümkün qədər müstəqilliyə malik ola bilər…lakin Ukrayna tərkibində", Viktor Yanukoviç hesab edir.

Yanukoviç iddia edib ki, o, hakimiyyətdə qalsaydı, Krımda referendumun qarşısını almağa çalışardı. Onun sözlərinə görə, Krımda referendum Ukraynanın yeni qərbyönlü liderlərinə qarşı etiraz aksiyası olub.

Yanukoviç eləcə də deyib ki, o, Kiyevdə etirazçılara atəş açmaq barədə göstəriş verməyib.Yanvar və fevral aylarında paytaxt Kiyev küçələrində baş vermiş etiraz aksiyaları zamanı 100-dən çox adam öldürülmüşdü, onların çoxu snayper gülləsindən keçinmişdi.Lakin Yanukoviç bu ölüm hallarında rolu olmadığını bildirib.

O deyib ki, atəş polis tərəfindən yox, müxalifət düşərgəsindən açılıb və çoxlu sayda ölənlərə görə məsuliyyət müxalifətin üzərinə düşür."Mən şəxsən atəşin açılmasına göstəriş verməmişdim.Mən həmişə hesab etmişəm ki heç bir hakimiyyət, heç bir vəzifə bir damla da belə qana dəyməz".

Aydəmir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR