Dünya
Ruhaniyə sərt xəbərdarlıq: “Dini liderə qarşı çıxma!”
İranda din lider Əli Xamneyinin rəhbərlik etdiyi mühafizəkarlarla prezident Həsən Ruhaninin başçılıq etdiyi liberallar arasında qarşıdurma genişlənir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminin başçısı Sadıq Laricani Həsən Ruhanidən dini liderə qarşı çıxmamasını istəyib.
Qeyd edək ki, İranın dini lideri ötən həftə müəllimlər həftəsi münasibətilə ölkədəki müəllim və pedaqoqları paytaxt Tehrandakı iqamətgahında qəbul edib. O, çıxışında ingilis dilində təhsilin təşviqinə qarşı çıxıb. Xamneyi bəzi yerlərdə fars dilinin əvəzinə ingilis dilinin təşviq edilməsindən təəssüfünü ifadə edib. Dini lider bildirib ki, əsas məsələ heç də xarici dillərin öyrənilməsinə qarşı çıxmaq deyil: “Əsl məsələ xarici mədəniyyətin ölkədəki uşaq və gənclər arasında yayılmamasıdır”.
İran prezidenti isə iki gün sonra müəllimlər həftəsi münasibətilə keçirilən bir başqa tədbirdə bildirib ki, xalq neçə dili öyrənmək istədiyinə özü qərar verməlidir.
Laricaninin sözlərinə görə, dini liderin də söylədiyi kimi xarici dillərin öyrənilməsinə qarşı deyillər: “Lakin bəziləri bundan mədəni inqilab kimi istifadə edir”.
Ömər Dağlı
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO