Onlar da Suriyaya gəlir... Yeni xilafət yaradılır
Bizi izləyin

Dünya

Onlar da Suriyaya gəlir... Yeni xilafət yaradılır

“Əl-Qaidə” terror təşkilatı Suriyanın ərazisində öz xilafətini yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” nəşri bildirib.

“Əl-Qaidə”nin lideri Ayman Əl-Zəvahiri 10 dəqiqəlik videosunda Suriyanı “dünyanın bütün müsəlmanlarının ümidi” adlandırıb və radikal müsəlmanları birləşməyə çağırıb. O, həmçinin qeyd edib ki, xilafətin yaradılması üçün şəxsi səlahiyyətlərini qurban etməyə hazırdır.

“Əgər onlar müsəlman hökumətini yaradarsa və imam seçərsə, o halda onların seçimi bizim seçimimiz olacaq”, - Ayman Əl-Zəvahiri deyib.

Alman nəşri qeyd edir ki, “Əl-Qaidə” lideri “Ən-Nüsra” Cəbhəsinə özünün törəmə təşkilatı kimi baxır. “Ən-Nüsra” qruplaşma hazırda Suriyanın İdlib vilayətinin çox hissəsinə nəzarət edir. “Die Welt”in məlumatına görə, bu ərazi yeni xilafətin mərkəzi ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm