Ankara Moskvanın düşmənini bağışladı
Bizi izləyin

Dünya

Ankara Moskvanın düşmənini bağışladı

Türkiyə prokurorluğu Rusiyanın Su-24 təyyarəsinin pilotunun güman edilən qatili Alparslan Çelikə qarşı irəli sürülən bütün ittihamları geri çəkib.

Publika.az xəbər verir ki, bu barədə prokurorluqdakı mənbəyə istinadən “Daily Sabah” qəzeti bildirir.

Xatırladaq ki, Alparslan Çelik martın 31-də Türkiyədə saxlanılıb. O, qanunsuz silah saxlamaqda və daşımaqda ittiham olunurdu.

Rusiya Türkiyə vətəndaşı olan Alparslan Çeliki Su-24 təyyarəsindən paraşütlə tullanan pilotu öldürməkdə ittiham edir. Rusiya mətbuatının yazdığına görə, Çelik hər yerdə axtarılır.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 Dekabr 2015-ci ildə verdiyi bəyanatda təyyarədən tullanan pilota atəş açan şəxsi müəyyənləşdirdiklərini, bu şəxsin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı. 33 yaşlı Alparslan Çelik 2015-ci ilin əvvəllərində Suriyaya keçərək Bayırbucak türkmanlarına qoşulub.

Lakin Alparslan Çelik bu iddiaların yalan olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm