• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Bin Ladenin oğlu müsəlmanları cihada çağırdı

  • Dünya
  • 10 May 2016 16:24
  • 1 039 Baxış
Bin Ladenin oğlu müsəlmanları cihada çağırdı

“Əl-Qaidə”nin keçmiş lideri Üsamə Bin Ladenin oğlu musəlmanları Suriyaya cihada getməyə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda “The Daily Mirror” nəşri bildirib.

23 yaşlı Həmzə Bin Laden audioyazıda bildirib ki, islam ümməti diqqətini Suriyadakı cihada cəmləməlidir. Onun sözlərinə görə, bütün dünya islama qarşı birləşdiyi bir vaxtda mənasız mübahisələri aparanlar və vahid müsəlman cəmiyyətini bölməyə davam edənlər üçün bəraət yoxdur.

“The Daily Mirror” nəşri hesab edir ki, Üsamə Bin Ladenin oğlu iki ən böyük terror qruplaşması olan “Əl-Qaidə” və “İslam dövləti” (İŞİD) arasındakı rəqbəti nəzərdə tutur.

Daha əvvəl isə “Əl-Qaidə” terror təşkilatı lideri Ayman Əl-Zəvahiri bildirib ki, Suriyanın ərazisində öz xilafətini yaratmağı planlaşdırır. O, 10 dəqiqəlik videosunda Suriyanı “dünyanın bütün müsəlmanlarının ümidi” adlandırıb və radikal müsəlmanları birləşməyə çağırıb.

Ayman Əl-Zəvahiri həmçinin qeyd edib ki, xilafətin yaradılması üçün şəxsi səlahiyyətlərini qurban etməyə hazırdır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>