• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Obama bunu edən ilk ABŞ prezidenti olacaq

  • Dünya
  • 10 May 2016 17:24
  • 738 Baxış
Obama bunu edən ilk ABŞ prezidenti olacaq

ABŞ prezidenti Barak Obama bu ayın sonunda Yaponiyaya səfəri zamanı Xirosimaya baş çəkəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evdən bildirilib.

Beləliklə, Obama Xirosimaya baş çəkən ABŞ-ın ilk prezidenti olacaq.

Daha əvvəl isə Xirosima şəhərinin meri Kadzumi Masui bildirib ki, Yaponiya atom bombardmanına görə ABŞ-dan üzr tələbindən imtina edə bilər .Onun sözlərinə görə, bunun qarşılığında ABŞ prezidenti Barak Obama Xirosima şəhərinə baş çəkməlidir. Mer əlavə edib ki, Obama şəhərə gələcəyi halda ondan yalnız memoriallar və muzeylərə baş çəkməyi deyil, həm də atom bombardmanından əziyyət çəkmiş yerli sakinlərlə görüşməyi gözləyirlər.

10-11 aprel tarixlərində Xirosimada G7-yə daxil olan ölkələrin xarici işlər nazirlərinin sammiti keçirilib. ABŞ-ın dövlət katibi Con Kerri atom bombardmanının qurbanlarının şərəfinə ucaldılan memoriala baş çəkib, həmçinin onun önünə güllər qoyub. Ancaq diplomat Vaşinqtonun hərəkətlərinə görə üzr istəməyib.

Bu günə qədər ABŞ-ın heç bir prezidenti atom bombardmanına məruz qalan Xirosima və Naqasakiyə gəlməyib və hadisəyə görə üzr istəməyib. 1945-ci ilin avqustunda həyata keçirilən bombardmanlar zamanı Xirosimada 140, Naqasakidə isə 74 min insan həyatını itirib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>