Misir ehramları yeni qiyafədə - ƏYLƏNCƏ GECƏLƏRİ
Bizi izləyin

Dünya

Misir ehramları yeni qiyafədə - ƏYLƏNCƏ GECƏLƏRİ

Misirdə ehramlarında xüsusi əyləncə gecələrinin təşkilinə icazə verilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Antik Abidələr və Mədəni İrsin Qorunması Nazirliyinin sərəncamında deyilir.

Ehramlarda tədbir onun təşkilatçılarına 60 min Misir funtuna (6,8 min dollar) başa gələcək.

Bundan başqa, hakimiyyət muzeylərin işi haqqında yerli turist operatorlarının təklifini bəyənib. Yeni qaydalara görə, Qahirə muzeyi cümə axşamı və bazar günləri saat 21:00-a qədər işləyəcək. Xarici turistlərə axşam ziyarəti iki dəfə baha başa gələcək (120 Misir funtu -13,5 dollar).

Qeyd edək ki, turizm sahəsində Misirin gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 66 faiz azalıb. 2016-cı ildə Misirə təxminən 1,2 milyon turist baş çəkib və ölkəyə 500 milyon dollar gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm