Putin Liviyada “Suriya ssenarisi”ni işə salır
Bizi izləyin

Dünya

Putin Liviyada “Suriya ssenarisi”ni işə salır

Rusiya Liviyada “Suriya ssenarisi” üzrə əməliyyatın genişləndirilməsinə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində tarixçi və jurnalist Vaxtanq Kipiani yazıb.

Onun sözlərinə görə, bu Amerika kəşfiyyatının məlumatıdır və onu Amerika siyasətinə yaxın mənbədən alıb.

“Siyasətçilər və yüksək rütbəli hərbçilərlə ünsiyyət saxlayan şəxsin sözlərinə görə, Amerika kəşfiyyatı bildirir ki, Rusiya Liviyada Suriya ssenarisini həyata keçirməyə hazırlaşır. Bunun nəticələrini proqnozlaşdırmaq isə asandır: qaçqınların yeni axınları, NATO ilə yaxın münasibətdə olan regionda (Avropada – red.) qeyri-stabillik və ABŞ-a de-fakto “terrorizmlə birgə mübarizə aparaq” təklifi”, - tarixçi bildirib.

Onun sözlərinə görə, ilk baxışda bu qeyri-mümkün görünsə də, Xəzərdən raketlərin işə salınması və Putinin ən yaxın dostlarından olan musiqiçi Sergey Rolduqinin Palmirada konsert verməsindən sonra “mümkün deyil” demək istəməzdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm