Pentaqondan ŞOK XƏBƏRDARLIQ: “Müharibə kosmosa keçir”
Bizi izləyin

Dünya

Pentaqondan ŞOK XƏBƏRDARLIQ: “Müharibə kosmosa keçir”

“ABŞ Müdafiə Nazirliyində hesab edirlər ki, Rusiya və Çin kosmosda ABŞ-a hücüm etməyə imkan verən texnologiya hazırlayıb”.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Post” nəşri ABŞ Müdafiə Nazirliyində (Pentaqon) işləyən məmurlara istinad edərək yazıb.

Qəzet qeyd edir ki, Rusiya və Çinin əldə etdiyi texnologiya ABŞ-ın kosmosdakı hərbi peykləri, o cümlədən müdafiə infrastrukturunu dağıtmağa imkan verir.

ABŞ-ın Strateji Komandanlığının rəhbəri Sesil Xeyni isə bildirib ki, kosmik texnologiyalara giriş artıq Şimali Koreya, İran və bəzi islam təşkilatları sahibdir. “Biz anlamalıyıq ki, bizim səylərimizə baxmayaraq, gələcək münaqişə kosmosda başlana bilər”, - Xeyni deyib.

Moskva və Pekindən gələcək mümkün təhlükələr barədə ABŞ-ın başqa idarələrində də danışırlar. Belə ki, silahlanmaya nəzarət məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Frenk Rouz son çıxış zamanı narahatlığını ifadə edib ki, Rusiya və Çin anti-peyk silahı hazırlayır. Onun sözlərinə görə, Vaşinqton kosmosda münaqişənin genişlənməsinin qarşısını almağa çalışır. “Mümkün kosmik münaqişədə heç kəs maraqlı deyil”, - Rouz vurğulayıb.

Vaşinqton hər il kosmik texnologiyaların təkmilləşdirilməsinə milyardlarla dollar xərcləyir. Hazırda Pentaqonun nümayəndələri əsas diqqəti peykləri müdafiə etməyə, həmçinin rəqibin hərəkətlərini izləməyə imkan verəcək texnologiyaların hazırlamasına yönəldib. Məmurlar həmçinin kosmosa daha kiçik ölçülü peykləri göndərməyi planlaşdırırlar. Bu peyklərin rəqib tərəfindən izlənilməsi əhəmiyyətli dərəcədə çətin olacaq.

Bu ildə Pentaqon kosmik proqramlara 22 milyard dollar xərcləmək niyyətindədir. Daha 5 milyard isə kosmik təlimlərə sərf olunacaq. “The Washington Post” nəşrinin məlumatlara görə, bu məbləğə “kosmik nəzarət”, həmçinin hücum hərəkətləri üzrə məxfiləşdirilmiş proqrama xərclənəcək 2 milyard dollar da daxildir.

Qeyd edək ki, hələ ötən il ABŞ-ın “Scientific American” nəşri dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğunu yazıb:“İraq, Suriya, Ukrayna, İran, İsrail və bir çox coğrafiyalarda münaqişə alovuna bürünmüş dünya yeni müharibə astanasına qədəm qoyur. Bu I, yaxud II dünya müharibələrindən daha dəhşətli olacaq. Kosmos müharibələri. Dünya hazırda bu vaxta kimi heç olmadığı qədər kosmos müharibələrinə yaxındır”.

Nəşr yazıb ki, artıq kosmik sahə boş deyil. Planetin ətrafında qlobal peyk əlaqəsini 1300 mövcud peyk əhatə edir: “Müasir müharibələrdə peyklər vasitəsilə əldə olunan məlumatlar öz etibarlılığı ilə diqqət çəkir. ABŞ kosmik sahədə lider olaraq qalır. Çin və Rusiya bu liderliyə etiraz edənə qədər hər şey sakit görünürdü. İndi vəziyyət dəyişib. Hər iki ölkə öz kosmik proqramlarını hazırlayır və daim bu işin üzərində işləyirlər. Bu kosmik sahədə qarşıdurmanı gücləndirə və münaqişəyə səbəb ola bilər. Bu cür qarşıdurmalar isə bütün planetin kosmik infrastrukturunun iflic olmasına gətirib çıxara bilər. Hərçənd kosmosda münaqişə alovlanacaqsa, müharibələr Yer kürəsində aparılacaq. Yaranmış gərginlik bir sıra hadisələrə görə qaynaq nöqtəyə yaxınlaşır. Həmçinin, anti-peyk silahı haqda Çin və Rusiya ilə keçirilən BMT-nin uğursuz danışıqları və sınaqların davam etdirilməsi də gərginliyi artırır”.

ABŞ-ın Milli kəşfiyyat direktoru Ceyms Klepper (James Clapper) də ötən il Konqresdə çıxışı zamanı artan təhlükə ilə bağlı qorxuları paylaşdı. O, bildirib ki, Çin və Rusiya Yer kürəsində mümkün təhlükələrə qarşı kosmosda öz şəxsi strategiyalarını hazırlayırlar: “Pekin Cənubi Çin dənizində, Rusiya isə Ukraynada yaranacaq təhlükələrə qarşı kosmosda öz təsir güclərini artırmağa çalışır. Çin Amerika peyklərinə maneələr yaratmaq, onları sıradan çıxarmaq və məhv etmək cəhdlərini nümayiş etdirdi. Pekin bu sistemin sınaqlarına 2007-ci ildə başlayıb”.

Məlumata görə, Çində anti-peyk silahının ən azından bir sistemi var: “SC-19”. “SC-19” sistemi “KT-2” ballistik raketlərlə təmin edilib. “KT-2”də partlayıcı maddə olmasa da toqquşma yolu ilə rəqibin peyklərini məhv edir.

2007-ci ildə “KT-2” ilə Çin peyki məhv edilmişdi. 2013-cü ilin mayında isə sınaqlar keçirildi. Amerika kəşfiyyatı hesab edir ki, bu əslində “SC-19” anti-peyk sisteminin sınaqdan keçirilməsi idi. Hesab edilir ki, “SC-19” sistemindən buraxılan raketləri orta yerətrafı orbitə çıxarıla bilər və bu Amerika naviqasiya peykləri üçün təhlükə deməkdir.

Çin anti-peyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə, kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə asılıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm