Fransadan Ruhaniyə diplomatik veto
Bizi izləyin

Dünya

Fransadan Ruhaniyə diplomatik veto

Paris İran prezidenti Həsən Ruhaninin məsləhətçisi Hamid Əbu Talibin Fransaya səfir olaraq təyin edilməsini qəbul etməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Hamid Əbu Talibin 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə təşkil edilən basqında həlledici rolu üzərinə götürdüyünü bildirib.

Ruhani 2014-cü ildə Hamid Əbu Talibi İranın BMT-dəki daimi nümayəndəsi təyin etməsi də böyük mübahisələr doğurmuşdu. O, İranın BMT-dəki daimi nümayəndəsi olmadan əvvəl İtaliya, Belçika və Avstraliyada səfir olaraq çalışıb.

Hamid Əbu Talibin özü isə ABŞ səfirliyinə təşkil edilən basqında aktiv rol oynamadığını, ancaq hadisədən sonra aparılan danışıqlarda vasitəçi və tərcüməçi missiyasını üzərinə götürdüyünü açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm