• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fətullah Gülən təzminat tələb edir - Hüquqi iddia

  • Dünya
  • 3 Aprel 2014 17:13
  • 595 Baxış
Fətullah Gülən  təzminat tələb edir - Hüquqi iddia

Fətullah Gülən Türkiyə Baş nazirinin müavini Emrullah İşlerə qarşı təzminat davası tələb edib.

Publika.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, F.Gülənin vəkili Nurullah Albayrak tərəfindən Ankara Hüquq Məhkəməsinə bu barədə müraciət olunub. Müraciətdə Baş nazirin müavininin 17 martda qəzetlərə verdiyi müsahibələrdə Fətullah Gülənə qarşı təhqiramiz ifadələr olması iddia olunur.

Xatırladaq ki, Türkiyə baş nazirinin müavini Emrullah İşler mətbuata müsahibəsində deyib: “Təəssüf ki, bizdə camaat bir ağıl tutulması yaşayır. Camaat artıq bitib, başqa proseslər ortaya çıxıb. Yaxın tariximizə nə qədər kirli və qaranlıq məsələ varsa, təhdid və şantaj yaşanıbsa, arxasında Fətullah Gülən təsirinin olduğu üzə çıxıb. Artık qarşımızda camaat deyil, bir uçurum var. Dövləti ələ keçirməyə çalışan bir təşkilatla qarşı qarşıyayıq. Milli Təhlükəsizlik Komitəsi də bunu bizlərə qarşı təhdid olaraq görür. Bu uçurum Türkiyə Cümhuriyyətinin istiqlalı və milli təhlükəsizlik məsələsi halına gəlib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR