Laçını işğal edən erməni öldü - FOTO
Bizi izləyin

Dünya

Laçını işğal edən erməni öldü - FOTO

Azərbaycanın Laçın rayonunu işğal etmiş erməni komandirlərdən biri Karen Kazaryan 59 yaşında İrəvanda dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Karen Kazaryan həm də Qarabağda bir çox cinayətlərə imza atmış "Arabo" silahlı birləşməsinin yaradıcılarından biri olub.

Karen Kazaryan Azərbaycanla bağlı məkrli işğal planlarına Azərbaycanın Göygöl rayonundan başlayıb. O, Çaykəndə hücum edən erməni silahlı birləşmələrinə rəhbərlik edib.

Ermənilər nə qədər "Arabo" barədə qəhrəmanlıq dastanı yaratmağa çalışsalar da, bu silahlı birləşmə Ermənistan tarixinə bir çox utancverən səhifələr yazıb. Adını Türkiyənin Sasun vilayətində fəaliyyət göstərmiş erməni qaçaqlardan biri Stepanos Mxitaryanın ləqəbindən götürmüş silahlı birləşmə 1990-cı illərdə Livandan gəlmiş 200 ermənidən təşkil edilib və Qarabağa göndərilib. Daha sonra İrəvanın və Ermənistanın başqa şəhərlərindən zorla gətirilmiş gənclər qruplaşmaya daxil edilib.

Lakin qruplaşmanın Qarabağ fəaliyyəti elə də parlaq olmayıb. 29 iyun 1992-ci il tarixdə "Arabo"nun yüzlərlə üzvü Əsgəran şəhəri yaxınlığında mühasirəyə düşərək ölüb. "Arabo" Horadiz əməliyyatında da yüzlərlə təcrübəsiz erməni gəncini qırğına verib. Ermənistan rəhbərliyi bu gəncləri itkin kimi qələmə verirlər.

Buna baxmayaraq Ermənistanda Karen Kazaryan qəhrəman sayılır, çünki Azərbaycanın alınmaz qalası sayılan Laçının işğalına rəhbərlik edib. Amma Azərbaycan ordusu Laçını geri qaytarmaqla Karen Kazaryanın bu qəhrəmanlıq xatirəsinin üzərindən xətt çəkə bilər. Çünki Laçın ermənilərin əlində olmayandan sonra onun qələbəsinin heç bir əhəmiyyəti olmaz. Karen Kazaryan isə Əsgəran və Horadizdə yüzlərlə erməni gəncin qətlinə səbəb olmuş avantürist kimi həqiqi tarixi qiymətini alar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm