• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

“Cəhənnəm silahı”nın sınağı təxirə düşdü - FOTO

  • Dünya
  • 11 May 2016 14:22
  • 1 353 Baxış
“Cəhənnəm silahı”nın sınağı təxirə düşdü - FOTO

“Sarmat” qitələrarası ballistik raketin prototipinin sınaqları 2016-cı ilin ikinci yarısına keçiriləcək.

Publika.az xəbər verir ki, bu haqda SİTA agentliyinə Rusiya müdafiə-sənaye kompleksindəki mənbə bildirib.

Agentliyin həmsöhbəti deyib ki, sınaqlar daha əvvəl işəsalma qurğusu hazır olmadığı üçün təxirə salınmışdı. Sınaqların 2016-cı ilin yazında Plesetsk kosmodromunda həyata keçirilməsi planlaşdırılırdı. Hazırda isə raketin özünün hazır olmadığı bildirilir.

“Sarmat” strateji raket kompleksi 15A18M ağır raketləri ilə təchiz olunan sovet istehsalı “Voyevoda” R-36M2 komplekslərini əvəz edəcək. “Sarmat”ın xarakteristikaları tam olaraq açıqlanmayıb. Ancaq hərbçilər bildirirlər ki, raketin faydalı yüklənməsi təxminən 10 ton təşkil edəcək. Yeni raket həmçinin 4 tona yaxın nüvə başlığını 10 min kilometrə qədər məsafəyə daşıya biləcək.

Raket 105 tondan yuxarı kütlə ilə strateji hücum silahlarının ixtisarı haqqında müqavilələrin təsnifatı üzrə raket “ağır” hesab edilir. Müqayisə üçün deyək ki, “Voyevoda” kompleksinin raketi 211 ton təşkil edir və faydalı yükü 8,7 tondur.

Ballistik raket üzərindəki işlər ABŞ-ı təşvişə salıb. Bəzi ekspertlər bu raketin ABŞ üçün “cəhənnəm silahı” ola biləcəyini bildirirlər. Raket lazımı energetika imkanlarına malik olacaq. “Sarmat”ın tək ballistik trayektoriya üzrə yox, eyni zamanda atmosferin yuxarı qatlarında da hərəkət etmək imkanına malik olacağı bildirilir. Bu, gözlənilməz rakurslardan döyüş yükünü çatdırmağa imkan verir və raket əleyhinə müdafiənin təşkilini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>