ABŞ təşvişdə: Snouden məxfi materialların növbəti partiyasını açıqlayır
Bizi izləyin

Dünya

ABŞ təşvişdə: Snouden məxfi materialların növbəti partiyasını açıqlayır

Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden məxfi materialların növbəti partiyasını elan edə bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper “Washington Post” qəzetinə müsahibəsində deyib.

“Fərziyyələr var ki, onda elektron formada daha çox sənədlər var. O, arzuladığı vaxt onları aça bilər”, - Klepper bildirib.

Kəşfiyyat şefi qeyd edib ki, hələlik məxfi sənədlərin dərc olunmasının mənfi nəticələrinin miqyasını dəqiq qiymətləndirmək olmaz. Klepper vurğulayıb ki, Snoudenin məxfi sənədləri açıqlamasından sonra terror qruplaşmaları təhlükəsizliyini təmin etməyə başlayıb və məlumatların şifrələnməsi sistemlərinə keçidi sürətləndirib.

Qeyd edək ki, Snouden 2013-cü ilin iyununda “Washington Post” və “Guardian” qəzetlərinə ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının izləmə proqramları haqqında bir sıra məxfi materialları verib. Rusiya Snoudenə müvəqqəti sığınacaq verib. Lakin onun qarşısına ABŞ-a qarşı öz fəaliyyətini dayandırmaq tələbi qoyulub. Snouden 2014-cü ilin avqustunda isə Rusiyada yaşamaq üçün üçillik sənəd alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm