İngilis polisi müsəlmanları ayağa qaldırdı – təlimdə “Allahu Əkbər” - VİDEO
Bizi izləyin

Dünya

İngilis polisi müsəlmanları ayağa qaldırdı – təlimdə “Allahu Əkbər” - VİDEO

İngiltərənin Mançester şəhərində genişmiqyaslı terrorla mübarizə təlimində polisin davranışı müsəlmanları ayağa qaldırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terrorçu rolunda oynayan polis “Allahu Əkbər” deyə qışqırıb.

Təlim planına uyğun olaraq, bir kamikadze ticarət mərkəzində özünü havaya uçurur. Ssenaridə yer alan təxminən 800 könüllüdən bir qismi ölür, bir qismi də yaralanır.

Ssenarinin maraqlı tərəfi isə terrorçunun özünü partlatmazdan əvvəl “Allahu Əkbər” deyə qışqırmasıdır.

İngiltərə başda olmaqla Avropanın bir çox ölkələrindəki müsəlman təşkilatları İngiltərə polisinin bu hərəkətini pisləyib. Tənqidlərdən sonra Mançester polisi üzr istəməyə məcbur olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm