AP-nin başçısı: “Türkiyə şərtləri yerinə yetirənə qədər...”
Bizi izləyin

Dünya

AP-nin başçısı: “Türkiyə şərtləri yerinə yetirənə qədər...”

“Türkiyə şərtləri yerinə yetirmədən viza məsələsi parlamentdə müzakirə olunmayacaq”.

Publika.azTürkiyə mediasına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) başçısı Martin Şulz deyib.

Zaman olaraq hələ hər şeyin mümkün olduğuna diqqət çəkən Şulz Türkiyənin istənilən dəyişiklikləri hələ etmədiyini bildirib: “Mən Türkiyənin bunu edə biləcəyini görə bilmirəm”.

AB-nin başçısı Türkiyənin qarşısına qoyulan 72 şərtdən beşini yerinə yetirmədiyini bildirib. Bunların arasında terrorla mübarizə qanunu və şəxsi məlumatlarla bağlı hüquqi tənzimləmələr də var.

Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi Şurası və AP tərəfindən təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək. Razılaşmanın təsdiqi üçün isə “72 kriteriya” adlanan şərtlərin yerinə yetirilməsi lazımdır.

Razılaşma qüvvəyə minərsə, Türkiyə vətəndaşları Şengen ölkələrinə üç aydan qısa müddətli səfərlər zamanı viza almaq məcburiyyətində qalmayacaq. Ancaq razılaşma Türkiyə vətəndaşlarına Avropa Birliyi ölkələrində iş haqqı vermir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm