• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

“Normandiya dördlüyü” razılaşmadı

  • Dünya
  • 11 May 2016 23:12
  • 533 Baxış
“Normandiya dördlüyü” razılaşmadı

“Normandiya dördlüyü” (Rusiya, Fransa, Ukrayna və Almaniya) ölkələrinin xarici işlər nazirləri Donbasın statusu üzrə razılaşa bilməyiblər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Donetsk və Luqansk ərazisində seçkilər, konstitusiyada dəyişikliklər və Donbasın xüsusi statusu məsələlərində irəliləyişə nail ola bilmədik. Çünki bütün bu problemləri həlli üçün Kiyevlə Donetsk və Luqansk arasında birbaşa dialoq vacibdir”, - nazir deyib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı əlavə edib ki, danışıqlar zamanı Kiyev Donbas münaqişəsinin nizama salınma üzrə siyasi razılaşmalarının həyata keçirilməsini təxirə salmaq üçün yeni bəhanələrlə çıxış edir.

Öz növbəsində Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib ki, görüşün gedişatında rəsmi Kiyev Donbasda seçkilərin keçirilməsi üzrə Rusiya tərəfi ilə razılığa nail ola bilməyib.

“Biz razılığa gəlmədik. Rusiya tərəfi seçki qanunvericiliyi üzrə öz variantlarını təqdim etdi. Amma mən cənab Lavrova dedim ki, biz özümüz Ukrayna qanunvericiliyini yazmağı bacararıq, bizə heç bir məsləhət lazım deyil”, - ukraynalı nazir vurğulayıb.

Məlumata görə, “Norman dördlüyü” birgə bəyanat verməkdən imtina ediblər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>