Rusiya bu dəfə Əsədi bombaladı: yenə də KORAL?
Bizi izləyin

Dünya

Rusiya bu dəfə Əsədi bombaladı: yenə də KORAL?

Rusiya təyyarələri Suriyada növbəti dəfə “səhv”ə yol verib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə Rusiya qırıcıları dünən gecə Hələbin Suleyman Hələbi məhəlləsində rejim güclərinin mövqelərini vurub. Suriya ordusunda ölü və yaralıların olduğu bildirilir.

Qeyd edək ki, bu ilk analoji hadisə deyil. Rusiya təyyarələri bu ilin əvvəlində də Suriyada 4 dəfə başqa hədəfləri vurub. Son olaraq Suriyada səhvən YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) düşərgələrini vuran Rusiya təyyarələrinin daha əvvəlki hədəfi müttəfiqi Suriya rejiminin gücləri olmuşdu.

Türkiyə mediası isə bunu Türkiyədə istehsal olunan KORAL (Radar Electronic Attack System) hava hücumundan müdafiə sistemi ilə izah etmişdilər. İddiaya görə,Hatayda yerləşdirilən KORAL böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır. KORAL əldə olan məlumatlar sayəsində istənilən yerüstü, dəniz və aviasiya bazalı radiolokasiya sistemlərini məhv edə və azdıra bilər.

Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir. KORAL Xmeyim aviabazasında yerləşdirilən S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları “kor edə bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm