Tramp: “Obama İsrail xalqına güclü zərər vurdu”
Bizi izləyin

Dünya

Tramp: “Obama İsrail xalqına güclü zərər vurdu”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyə iddiaçı, milyarder Donald Tramp ABŞ prezidenti Barak Obama administrasiyasının İsrail və İran barəsində siyasətini tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İsrail xalqının Obamaya görə güclü zərər çəkdiyini deyib.

Onun fikrincə, hazırda İsrail daha təhlükəli vəziyyətdədir. Prezidentliyə iddiaçı qeyd edib ki, bu İranın nüvə proqramı üzrə Tehran və “altılıq” arasında imzalanan sazişlə bağlıdır.

Tramp tezliklə İsrailə səfər edəcəyini bildirib. Lakin o, səfərin dəqiq tarixini açıqlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm