Rusiyalı politoloq: “Putin istəyir ki...”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Putin istəyir ki...”

“Rusiya prezidenti Vladimir Putin heç vaxt Donbası almağı planlaşdırmayıb”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşri üçün rusiyalı politoloq Dmitri Oreşkin yazıb.

“Putinin hətta yuxusunda Donbası almaq ideyaları yox idi. O, əla bilir ki, bu dotasiya ərazisidir və prosesin siyasi xərcləri xeyirlərlə müqayisədə müqayisəedilməz olacaq. Donbasda böyük sosial problemlərlə 5-6 milyon insan yaşayır və külə dönmüş infrastruktur var. Bura Putinə lazım deyil”, - Dmitri Oreşkin qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidentinin planlarında bu ərazinin Ukrayna prezidenti Pyotr Poroşenkoya “itələnməsi” yer alıb.

Politoloq qeyd edib ki, Rusiyaya Ukrayna Konstitusiyasında dəyişikliklər və Donbasda seçkilərin keçirilməsi lazımdır.

“Moskva hələ ki “LXR” və “DXR”ə dözməyə məcburdur. Putin istəyir ki, bu ərazi de-yure Ukraynanın, de-fakto isə özünün nəzarətindən qalsın, daha sonra isə separatizm mərkəzlərini yaradaraq Ukraynanın həyatını korlaya bilsin”, - Rusiya politoloqu yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm