Aparıcı Suriyadakı qətliamları lağa qoydu - VİDEO
Bizi izləyin

Dünya

Aparıcı Suriyadakı qətliamları lağa qoydu - VİDEO

Misirdə “Al-Həyat” telekanalında yayımlanan bir proqramda Suriyadakı qətliamlar lağa qoyulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, proqramın aparıcısı, komediyaçı Əhməd Adəm Suriyada, xüsusilə də Hələbdə rejimin törətdiyi qırğınlarla əlaqədar xəbərlərin yalan olduğunu deyib.

Suriyadakı görüntülərin gerçəyi əks etdirmədiyini iddia edən aparıcı qan görüntülərinin pudra və makiyajla yaradıldığını bildirib. Aparıcı suriyalı yaralıları təqlid edib.

Misirli aparıcı Suriyadakı faciəni lağ etdiyi vaxt studiyadakı tamaşaçılar qəhqəhə ilə gülüblər.

Proqram Misirdə sosial şəbəkələrdə sərt reaksiyalara səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm