Rusiyada güclü zəlzələ baş verdi
Bizi izləyin

Dünya

Rusiyada güclü zəlzələ baş verdi

Silkələnmələrin intensivliyi MSK-64 (Medvedev-Şponhoyer-Karnik) cədvəli üzrə 7,7 bal təşkil edib

Bu gün Rusiyanın Krasnoyarsk diyarının və İrkutsk vilayətinin sərhədləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Geofizika Xidmətinə istinadən xəbər verib.

Geofizika Xidmətinin Altay-Sayansk filialının operativ məlumatına görə, yerli vaxtla saat 11:03-də baş verən zəlzələnin ocağı Krasnoyarsk diyarının Lesosibirsk rayonundan 499 kilometr şərqdə və İrkutsk vilayətinin Ust-İlmimsk rayonundan 105,6 kilometr şimal-qərbdədir.

Ocaqda silkələnmələrin intensivliyi MSK-64 (Medvedev-Şponhoyer-Karnik) cədvəli üzrə 7,7 bal təşkil edir./Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm