Varlı və kasıb evi - Foto
Bizi izləyin

Dünya

Varlı və kasıb evi - Foto

Varlı və kasıb evi-Foto

Publika.az olaraq dünən sizə uşaqların oyuncaqları ilə birgə çəkdirdikləri şəkilləri təqdim etdik. Bu gün isə Ceyms Mollisonun dünyanın müxtəlif yerlərində uşaqların yatdıqları çarpayıları nümayiş etdirən şəkilləri təqdim edirik.

Şərq və qərb, varlı və kasıb arasındakı fərqlilikləri uşaqların yatdığı balaca çarpayılardan görmək olur. Ölkənin sosial rifahı və uşaqların ailə vəziyyəti körpələrdən də yan keçmir.

Dünyanın müxtəlif yerlərində yaşayan uşaqların harada yatdıqlarını lentə alan Ceyms Mollisonun maraqlı şəkillərini təqdim edirik.

Məsələn, Kambocadan 8 yaşlı Roazi ailəsi ilə zibilxanada yaşayır. Bu zibilxana Kambocanın paytaxtında yerləşir və burada 5 minə yaxın insan yaşayır. Onun çarpayısı təkər şinindən hazırlanıb. Hər səhər saat 6-da bir çox uşaqlar kimi yuxudan duran Roazi xeyriyyə cəmiyyəti tərəfindən gün ərzində yeganə yemək hesab olunan səhər yeməyini yedikdən sonra ailəsini dolandırmaq üçün axşamadək boş qablar toplayıb şirkətlərin birinə satır.

İordan çayının qərb sahilində yaşayan 9 yaşlı Tzvikanın ailəsi dini qayda üzrə yaşayır. İudaizm dininə sitayiş edən ailədə qəzet və televizor qadağandır. Tzvikanın ailəsində 9 uşaq var, lakin otağını 1 bacı və 1 qardaşı ilə bölüşür. Məktəbi 2 dəqiqəlik uzaqlıqda olmasına baxmayaraq, hər gün dərsə maşınla gedib gəlir. İdmanla məşğul olmaq qadağandır. Tzvika kompyuterdə dini oyunlar oynamağı çox sevir və böyüyəndə ravvin olmaq istəyir.

Nepalda yaşayan 14 yaşlı Prena ev qulluqçusudur və sahibin evində kiçik bir hücrədə yaşayır. Səhər saat 5-dən axşam saat 6-a kimi işləyən Prena gün ərzində 4 manat pul qazanır. O, pulları 8 uşaq sahibi olan valideynlərinə göndərir və onlarla ildə 2 dəfə görüşür. Həftədə 3 dəfə məktəbə gedir və böyüyəndə həkim olmaq istəyir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm