• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

“Rusiya postsovet məkanında terror aktlarının tətbiqi ilə...” – İTTİHAM

  • Dünya
  • 12 May 2016 11:41
  • 534 Baxış
“Rusiya postsovet məkanında terror aktlarının tətbiqi ilə...” – İTTİHAM

Ukrayna Rusiyanı terrorizmin maliyyələşdirilməsində ittiham edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Ukraynanın daimi nümayəndəsi Vladimir Yelçenko Rusiyanın Donbasda terrorizmi dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Rusiya terror aktlarının tətbiqi ilə postsovet məkanında “rus dünyası” ideologiyasını həyata keçirir.

“Ukrayna iki ildən çoxdur ki, öz qonşusu, Rusiyanın təcavüzünün qurbanıdır. Rusiya Ukrayna ərazisinin bir hissəsini Krım Muxtar Respublikası və Sevastopol şəhərini müvəqqəti işğal edib. Rusiya Donbasda terrorizmi dəstəkləyərək düşmən hərəkətlərini davam etdirir”, - diplomat deyib.

Yelçenko qeyd edib ki, Moskva “rus dünyası” ideologiyasını irəli çəkmək üçün terrorizmin maliyyələşdirilməsi də daxil olmaqla “hibrid müharibə”nin bir sıra texnologiyalarından istifadə edir: “Bu neoimperialist ideologiya beynəlxalq hüququn pozulmasına, ağır cinayətlər, həmçinin terror aktlarının törədilməsinə imkan yaradır. Hesab edirik ki, ən təhlükəli vəziyyət yaranır. Beynəlxalq hüquqa əsasən, dövlətlər belə vəziyyətdə terror aktlarının qarşısını almağa məcburdur”.

O, həmçinin bildirib ki, Rusiyanın dövlət KİV-i ilə yayılan amansız və əxlaqsız təbliğat Rusiyanın hibrid təcavüzünün əsas elementlərindən biridir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>