İŞİD-in “rabitə naziri” məhv edildi
Bizi izləyin

Dünya

İŞİD-in “rabitə naziri” məhv edildi

İraq hərbçiləri İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib.

Publika.az xəbər verir ki, bu haqda İraq ordusundakı mənbəyə istinadən “İraqi Media News Agency” bildirib.

“Bu səhər hərbçilər Əl-Fəllucə rayonunun mərkəzində əməliyyat keçiriblər. Nəticədə İŞİD-in rabitə və kommunikasiyalar üzrə lideri, həmçinin onun doqquz silahdaşı öldürülüb”, - mənbə deyib.

İki gün əvvəl isə İŞİD-in liderlərindən olan Abu Vahib koalisiya qüvvələrinin hava zərbələri ilə Anbar vilayətində öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm