“PKK idarə olunan raketlərlə hücuma keçəcək” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“PKK idarə olunan raketlərlə hücuma keçəcək” – ŞOK İDDİA

“Terror təşkilatlarına kömək edən ölkələr sayəsində PKK yaxın zamanda idarə olunan raketlərdən istifadə edə bilər”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Vatan” nəşrinin yazarı Murad Çelik yazıb.

O, NATO üzvü olan Qərb ölkələrinin Türkiyəyə silah vermədiyini söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladıb: “Ərdoğan dünən 10-cu Balkan Ölkələri Baş qərargah başçılarının Konfransında danışdı. Çıxışının ən maraqlı hissəsi bu şəkildə idi: “Biz İŞİD-in əlindəki silahların hansı ölkələrə aid olduğunu çox yaxşı bilirik. Təəssüf ki, göndərdikləri silahların yarısı İŞİD-ə, digər yarısı PYD terror təşkilatına gedib”. Prezidentin bu sözləri ilə hansı ölkələri nəzərdə tutduğu açıqdır. Yalnız o super güc də (ABŞ-ı nəzərdə tutur –red.) deyil... Siyahıda NATO üzvü olan başqa ölkələr də var. Və təbii ki, NATO üzvü olmayan ikinci nəhəng də... (Rusiyanı nəzərdə tutur –red.) Diqqətdən qaçmamalıdır ki, haqqında danışılan silahlar adi silahlar, yəni tapança, tüfəng, qumbara və sair deyil”.

Murad Çelik bildirir ki, söhbət uzun mənzilli ağır silahlardan gedir: “İŞİD-in başda Kilis olmaqla, sərhəd xəttindəki Türkiyə torpaqlarına atdığı raketlər məhz bunlardır. Məsələ İŞİD-lə bitmir. Ərdoğan açıq şəkildə söylədi ki, eyni raket sistemləri PYD-nin əlində də var. PYD isə PKK deməkdir. Ankaranın əlində PKK-nın çox yaxında hücumlara başlayacağı və bu zaman ötən illərdən fərqli olaraq uzun mənzilli raketlər və mərmilərdən istifadə edəcəyinə dair çox ciddi kəşfiyyat məlumatları var. Qurudan quruya və qurudan havaya atıla bilən bu mərmilər idarə olunur. Hava vasitələri və tanklar üçün böyük təhdid yaradan bu silahlar zenit və tank əleyhinə sistemlər adlandırılır. Başikadakı türk tanklarına edilən son hücumda istifadə olunan “Katyuşa” mərmiləri danışdığımız bu sistemlərdən biridir. Nəticə olaraq, xəbərlərdə “terrorçular idarə olunan mərmilərlə hücum etdi” cümləsinin yazılması kimi ciddi bir təhdidlə üz-üzəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm