Ərdoğan: “Nə vaxtdan Türkiyəni idarə edirsiniz?”
Bizi izləyin

Dünya

Ərdoğan: “Nə vaxtdan Türkiyəni idarə edirsiniz?”

“Avropa Birliyinin davranışınızı görürsünüz. Terrorla mübarizədə mövqeyimizi yumşaltmalıyıq. Nə vaxtdan Türkiyəni idarə edirsiniz? Sizə bu səlahiyyəti kim verdi?”

Publika.az xəbər verir ki, bunu “Siyasətdə Yerli və Milli İradə” konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz iki gülüşünüzə bu vətənin dəyərlərini dəyişmərik. Bizə millətimizin gülüşü yetər. Biz 35 ildir terrorla mübarizə edən bir ölkə olaraq bu məsələnin öhdəsindən gəlirik, amma Avropa ölkələri bu işin altından çıxa bilməz. İŞİD öz ölkələrində terror aktı törədəndə dünyanı ayağa qaldıranlar Türkiyəni yalnız qoydular”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi Şurası və AP tərəfindən təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək. Razılaşmanın təsdiqi üçün isə “72 kriteriya” adlanan şərtlərin yerinə yetirilməsi lazımdır.

Dünən isə Avropa Parlamentinin (AP) başçısı Martin Şulz deyib ki, Türkiyə şərtləri yerinə yetirmədən viza məsələsi parlamentdə müzakirə olunmayacaq. AB-nin başçısı Türkiyənin qarşısına qoyulan 72 şərtdən beşini yerinə yetirmədiyini bildirib. Bunların arasında terrorla mübarizə qanunu və şəxsi məlumatlarla bağlı hüquqi tənzimləmələr də var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm