NATO Rumıniyada raket əleyhinə müdafiə sistemini aktivləşdirib
Bizi izləyin

Dünya

NATO Rumıniyada raket əleyhinə müdafiə sistemini aktivləşdirib

NATO Rumıniyanın cənubunda 800 milyon dollarlıq raket əleyhinə müdafiə sistemini işə salıb.

İnterfaks xəbər agentliyinə müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, admiral Vladimir Komoyedov raket əleyhinə müdafiə təsisini Rusiya üçün birbaşa təhlükə adlandırıb.

Ancaq təsisin açılışında ABŞ müdafiə nazirinin müavini Robet Uork sistemin Rusiyadan gələn potensial təhlükələrlə əlaqəsinin olduğunu rədd edib və sistemin Yaxın Şərqdən gələn orta və uzunmənzilli balistik raketlərə qarşı müdafiəni nəzərdə tutduğunu deyib.

Dövlət Departamentinin rəsmiləri deyir ki, müdafiə sistemi İran nəzərə alınaraq tərtib edilir, çünki İran hələ də məsafə və dəqiqliyi artan balistik raket imkanlarını inkişaf etdirməyə və sınaqdan keçirməyə davam edir.

Deveselu təsisində işlər 2013-cü ilin oktyabr ayında, NATO-nun Polşa da daxil olmaqla, bəzi ərazilərdə raket əleyhinə müdafiə sistemi yaratmaq qərarından sonra başlayıb. Təsisdəki işlərin 2020-ci ildə bitəcəyi gözlənilir.

NATO raket sisteminin “sırf xaricdən gələn təhlükələrə qarşı müdafiə xarakteri daşıdığıdını” israr edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm