Təyyarəni vuran Rusiya “Buk”u Donbasda – VİDEO
Bizi izləyin

Dünya

Təyyarəni vuran Rusiya “Buk”u Donbasda – VİDEO

İnternetdə Rusiyanın “Buk”zenit-raket kompleksinin Donbas ərazisində olduğunu göstərən görüntülər çıxıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, görüntülər Donetsk vilayətinin Makeyevka şəhərində qeydə alınıb.

“17 iyul 2014-cü ildə Makeyevka vasitəsilə “Buk”u aparırlar”, – videonun təsvirində deyilir.

Qeyd edək ki, 2014-cü ildə Malayziyanın “Boeing-777” sərnişin təyyarəsinin Şərqi Ukraynanın hava məkanında məhz “Buk”zenit-raket kompleksi ilə vurulduğu iddia edilir.“Bellingcat” qrupunun məlumatına görə, təyyarəni vuran “Buk” Rusiya Silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının 53-cü briqadasına aid idi.

“Bellingcat” qrupunun mütəxəssisləri araşdırmanın gedişatında “Buk” zenit-raket kompleksinin nömrəsini aydınlaşdırmağı bacarıblar.

“Sərnişin təyyarəsini vuran zenit-raket kompleksinin dəqiq nömrəsi naməlum idi. Daha doğrusu ortadakı rəqəm görünmürdü, çünki onlar onu rəngləmişdilər. Biz həmin rəqəmi müəyyən etdik, bu üçdür. “Buk”un nömrəsi 332-dir”, - qrupunun ekspertu Arik Toler mayın 3-də bildirib.

Xatırladaq ki, Niderland Təhlükəsizlik Şurası da ötən ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” raketi ilə vurulduğunu açıqlayıb. Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.

Qeyd edək ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyası müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Moskva isə bu iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm