Rusiyanı “Top-25”dən sildilər
Bizi izləyin

Dünya

Rusiyanı “Top-25”dən sildilər

Rusiya xarici investorlar üçün ən yaxşı ölkələrin “Top-25”liyinə düşməyib.

Publika.az xəbər verir ki, bu haqda A.T investisiya şirkətinin reytinqinə istinadən “İzvestiya” nəşri bildirib.

Siyahıda birinci yeri ABŞ tutub. “Top-10”luğa həmçinin Çin, Kanada, Almaniya, Böyük Britaniya, Yaponiya, Avstraliya, Fransa, Hindistan və Sinqapur daxil edilib.

Rusiya sonuncu dəfə 2013-cü ildə “Top-25”liyə daxil olub. İqtisadi böhrandan çıxış üzrə qeyri-müəyyən siyasət, geosiyasi gərginlik və ciddi sistematik islahatların həyata keçirilməməsi Rusiyanı “Top-25”dən kənarda qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm