Türkiyədə qanlı gecə: 8 şəhid... - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə qanlı gecə: 8 şəhid... - VİDEO

Türkiyə ordusu Hakkari vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 8 şəhid verib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, Hakkarinin Çuxurca rayonunda səhər saatlarında PKK terrorçularına qarşı döyüşdə türk ordusunun 6 əsgəri şəhid olub. Daha 10-a yaxın əsgərin yaralandığı bildirilir.

Əsgərlərə kömək üçün əraziyə göndərilən helikopter də qəzaya uğrayıb. Qəza nəticəsində 2 əsgər şəhid olub. Digər mənbələr helikopterin PKK terrorçuları tərəfindən vurulduğunu bildirirlər.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə F-16 qırıcı təyyarələri, hücum helikopterləri, pilotsuz uçan aparatlar və xeyli canlı qüvvə yeridilib.

Döyüşlər zamanı ən azı 6 terrorçu da məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm